ATƏT sədri Ermənistanın XİN başçısı ilə görüşübbackend

ATƏT sədri Ermənistanın XİN başçısı ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Yerevanda Ermənistan rəhbərliyi ilə görüşlər keçirir.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib.

ATƏT rəsmisi Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüb.

A.Linde Ermənistanın baş naziri Nikol Paşinyan və prezidenti Armen Sarkisyanla da görüşəcək. Görüşdə tərəflər Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq.

Qeyd edək ki, martın 14-də Ann Linde Bakıda səfərdə olub. ATƏT sədri Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.