Atışma nəticəsində iki erməni ÖLDÜRÜLDÜ – FOTO/VİDEObackend

Atışma nəticəsində iki erməni ÖLDÜRÜLDÜ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlandın Overeysel əyalətinin Almelo şəhərində baş verən atışmada iki erməni qadın öldürülüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, hadisə barədə Ermənistan Ümumi Xeyriyyəçi Birliyinin (AGBU) yerli şöbəsi məlumat yayıb.

Məlumata görə, Almelo şəhər sakini əlində silah olan arbaletdən mənzilinin balkonundan yoldan keçənlərə atəş açıb. Sosial şəbəkələrdə çoxmərtəbəli binanın eyvanına çıxan və yoldan keçənlərə atəşin açılması görüntüləri yayılıb. Hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

Sonradan məlum olub ki, atışma nəticəsində ölən hər iki qadın AGBU-nun üzvləri olan ermənilərdir. Onlar 72 yaşlı Maral Ter-Movsesyan (qadınlar komitəsinin sədri) və 50 yaşlı Tsnund Kartanakyandır. Silahlı şəxs çağırışa gələn polis əməkdaşlarını da hədəfə alıb, lakin polislər onu yaralaya biliblər. Həmin şəxs saxlanılsa da, adı açıqlanmayıb. Polis baş verən hadisəni araşdırdığını bəyan edib.