“Atlant”da biabırçılıq: İstirahətə gedənlər şikayət edirlər  –  VİDEObackend

“Atlant”da biabırçılıq: İstirahətə gedənlər şikayət edirlər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ildən etibarən müəllimlərin Həmkarlarlar İttifaqı Təşkilatının xətti ilə yay tətili zamanı sığorta hesabına sanatoriyalara göndərilməsi həyata keçirilir.

NOCOMMENT.az oxu24.com -a istinadən xəbər verir ki, göndərişlər zamanı ödənişlərin böyük hissəsi sığorta hesabına qarşılanır. Bu addım alqışalayiq olsa da, ortada müəyyən problemlər də var.

Bu barədə saytımıza göndərişlə istirahət üçün gedən bir qrup müəllim məlumat verib.

Onların sözlərinə görə, istirahət üçün göndərildikləri Nabranda yerləşən “Atlant” istirahət mərkəzi sözün hər mənasında cəhənnəmə çevrilib.

“Biz sevinmişdik ki, istirahət edəcəyik, amma başqa mənzərə ilə qarşılaşdıq. Gəldiyimiz bu istirahət mərkəzində nizamsızlıq, natəmizlik və təşkilati işlərin sıfır səviyyədə olması istirahətimizi heç etdi. Burada adi yemək almaq üçün saatlarla növbəyə dayanmalı olursan…Yaşlısı, xəstəsi, uşağı var… Onlar bu şəraitdə necə dincələ bilər?”, – deyə müəllimlərdən biri bildirib.

“Atlant”da yaşanan biabırçı mənzərə ilə bağlı saytımıza görüntülər də təqdim olunub.

Sözügedən görüntüləri təqdim edirik: