Atlantik okeanında mühərriki nasaz gəmidə 47 miqrant aclıqdan ölübbackend

Atlantik okeanında mühərriki nasaz gəmidə 47 miqrant aclıqdan ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanar adalarına çatmağa çalışan 50-dək miqrant gəmidə aclıqdan və susuzluqdan ölüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Pais” qəzeti Beynəlxalq Miqrasiya Təşkilatına istinadən yazıb.

Müxtəlif Afrika ölkələrindən olan 54 miqrantı daşıyan gəmi avqustun 2-də Mərakeş sahillərindən hərəkət edib. Gəmi sulara açıldıqdan bir-iki gün sonra Atlantik okeanında mühərriki sıradan çıxıb. Bir neçə gün sonra gəmidə qida və su ehtiyatı tükənib və miqrantlar bir-birinin ardınca ölməyə başlayıb.

Ötən gün gəmi Mavritaniya sahillərində, Nuadibu şəhəri yaxınlığında sahildə aşkar edilib. Sahil Mühafizəsinin əməkdaşları gəmidə yalnız 7 nəfərin – bir qadın və altı kişinin sağ qaldığını müəyyən ediblər. Qalan 47 nəfər ölüb./APA