“Atlas Medical Center” MMC vergidə ciddi nöqsanlara yol veribbackend

“Atlas Medical Center” MMC vergidə ciddi nöqsanlara yol verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atlas Medical Center” Məhdud Məsuliyyətli Cəmiyyətinə operativ vergi nəzarəti zamanı Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması faktı üzrə iki dəfə maliyyə sanksiyası tətbiq edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, Birinci akt üzrə müəssisə 1.000 manat, ikinci akt üzrə isə 3.000 manat cərimələnib.

32gun.az-ın əldə etdiyi məlumata görə, tibb ocağının dövlətə olan vergi borcu 159.953,22 AZN-ə yüksəlib.

“Atlas Medical Center” MMC-nin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Əsli Əliyeva Əkbər qızıdır.