Atom Elektrik Stansiyasında sızma baş verdi – Araşdırma başladılıbbackend

Atom Elektrik Stansiyasında sızma baş verdi – Araşdırma başladılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Fukui prefekturasında yerləşən “Takahama” Atom Elektrik Stansiyasının turbin hissəsinin boru kəmərlərindən birində buxar sızması baş verib.

NOCOMMENT.az xəbər verir ki, “Kansai Electric Power” enerji şirkətinin yaydığı məlumata görə, hadisə sonucunda stansiyada və onun ətrafında radiasiya səviyyəsində artım olmadığı vurğulanıb.

O da qeyd edilib ki, sızıntı stansiyanın fəaliyyətinə birbaşa təsir göstərməyib. Hazırda enerji şirkətinin mütəxəssisləri hadisənin baş vermə səbəblərini araşdırır. Şirkətdən verilən açıqlamaya əsasən, sızmanın müəyyən edilməsi və aradan qaldırılması üzrə texniki işlərin aparıldığı müddətdə stansiyanın istehsal etdiyi elektrik enerjisinin həcmi 40 % azalacaq.