Zaporojya Atom Elektrik Stansiyasının direktoru Yuri Çerniçuk bildirib ki, stansiyanın soyutma sistemi dağılmış Kahovka Su Elektrik Stansiyası (SES) ilə təmasda olmayıb.
NOCOMMENT xəbər verir ki, Rusiya nüvə sənayesinin rəsmi nəşri olan “Strana Rosatom” tərəfindən verilən yazılı açıqlamada Kahovka SES-in dağılması ilə əlaqədar bölgəyə yaxın olan Zaporojya Atom Elektrik Stansiyasındakı vəziyyətlə bağlı məlumat verilib.
Zaporojya AES-də 5 aqreqatın “soyuq dayanma” vəziyyətində olduğuna diqqət çəkən açıqlamada bir aqreqatın “isti dayanma” vəziyyətində olduğu və soyutma hovuzunda suyun səviyyəsinin dəyişməz olaraq 16,67 metr olduğu bildirilib.