Attestatsız direktor müavini işdən ÇIXARILIRbackend

Attestatsız direktor müavini işdən ÇIXARILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) attestatı olmadan işləyən məktəb direktorunun müavini ilə bağlı məsələyə yenidən aydınlıq gətirib.

NOCOMMENT xəbər verir ki, BŞTİ-dən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüquqlarına aiddir.

Təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan işçilərlə bağlanmış əmək münasibətlərini tənzimləmək səlahiyyəti işəgötürən olaraq məktəb direktorunun səlahiyyətlərinə daxildir.

Qeyd edək ki, Bakıdakı 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini İsmət Yusifova indiyədək attestatı olmadan fəaliyyət göstərib.