ATU-dan tələbələrin kütləvi yoluxması ilə bağlı açıqlamabackend

ATU-dan tələbələrin kütləvi yoluxması ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Tibb Universiteti ali məktəbdə koronavirusa kütləvi yoluxma halının qeydə alınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, ATU-dan Axar.az-a verilən məlumta görə, tələbələr arasında kütləvi yoluxma yoxdur.

“İndiyədək ATU-nun yalnız bir fakültəsində – I Müalicə profilaktika fakültəsinin 6 qrupunda təhsil alan bir neçə nəfərdə COVİD-19-a yoluxma aşkarlanıb. Həmin qruplar distant təhsilə keçirilib. Digər fakültələrimizin heç birində yoluxma halları qeydə alınmayıb.

ATU-nun bütün tədris binaları mütəmadi olaraq dezinfeksiya olunur. Klinik baza üzrə əyani dərslərə gələn hər bir tələbənin temperaturu ölçülür”, – deyə universitetdən bildirilib.