“Audi”dən şad xəbərbackend

“Audi”dən şad xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2024-cü ildən Audi avtomobil sahiblərinin birdəfəlik ödəniş müqabilində əlavə funksiyaları uzaqdan qoşmaq imkanını genişləndirəcək. Bu barədə “Motor1” məlumat yayıb.

Hazırda yalnız Audi e-tron elektrik avtomobillərinin sahibləri xüsusi proqram vasitəsilə aşağı və uzun şüaları hamar bir şəkildə dəyişdirmək, avtomobili kilidləyərkən işıq animasiyası və avtoparkinq seçimini birləşdirə bilərlər.

Bu təcrübənin daha geniş çeşiddə modellərə şamil ediləcəyi, həmçinin sahibinin dilerə getmədən birdəfəlik ödənişlə aktivləşdirə biləcəyi variantların sayını genişləndirəcəyi gözlənilir.