Audi” yeni modelinin görüntülərini yayıbbackend

“Audi” yeni modelinin görüntülərini yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın “Audi” şirkəti iyulun 16-da təqdim olunacaq yeni nəsil A5 modelinin şəklini nümayiş etdirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Audi şirkətinin baş direktoru Gernot Döllner bildirib.

“Yeni Audi A5 ailəsi dünya premyerasını iyulun 16-da qeyd edəcək. O, həmçinin qismən elektrikləşdirmə sayəsində daha səmərəli olacaq daxili yanma mühərriklərinin yeni nəslini debüt edəcək”, – deyə o vurğulayıb.

Şəkilə əsasən, avtomobil LED işıqları və yük qapısında böyük bamper və spoyler əldə edəcək. Model haqqında bütün məlumatlar modelin premyerası zamanı ictimaiyyətə açıqlanacaq.