“Avatar” və “Titanik” filmləri üzərində işləyən Oskar mükafatlı amerikalı prodüser Con Landau xərçəng xəstəliyindən vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.
Onun 63 yaşı var idi.
Materialın müəllifləri xatırladıblar ki, Landau kinorejissor Ceyms Kemeronla ilk dəfə qlobal kassada 1 milyard dollar gəlir əldə edən “Titanik” filmindəki əməkdaşlıq sayəsində məşhurlaşıb. Bundan sonra Landau 2009-cu ildə “Avatar” və 2022-ci ildə “Avatar: Suyun Yolu” filmlərinə rejissorluq edib.