Avi Dixterin ölkəmizə səfərini yüksək dəyərləndirirəm- Deputatbackend

Avi Dixterin ölkəmizə səfərini yüksək dəyərləndirirəm- Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail  həm Azərbaycanın dostu,  həm də aqrar sahəsinin yüksək inkişaf etdiyi ölkədir. İsrail Kənd Təsərrüfatı naziri Avi Dixterin ölkəmizə səfəri aqrar sahədə ölkələrimiz arası əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcəkdir”.

Bunu NOCOMMENT.az-a İsral İsrailin Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirinin Azərbaycana səfəri barədə danışarkən Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə 44 günlük Vətən müharibəsində erməni işğalından azad edilmiş ərazilər əsasən kənd təsəsrrüfatı təyinatlıdır. “Bu ərazilərdə həm ağıllı kəndlər, həm də ağıllı istehsal sahələri qurulur. İsrailin aqrar sahəsindəki təcrübəsini işğaldan azad olunmuş ərazilərdə tətbiq edilməklə yüksək məhsuldarlıq əldə etmək mümkündür”.

A. Badamov bildirib ki, bu gün bütün istehsal sahələri yüksək texnologiyalara əsaslanmasını tələb edir. “Artıq Zəngilanda İsrailin təcrübəsindən istifadə edilməklə heyvandarığın inkişafı istiqamətində işlər görülür. Bu təcrübə digər ərazilərə də genişlənməli olduğunu hesab edirəm. Bu baxımdan İsrail naziri Avi Dixterin ölkəmizə səfərini yüksək dəyərləndirirəm”.