Aviabiletlər bahadır, tələbələr ölkəyə qayıda bilmirbackend

Aviabiletlər bahadır, tələbələr ölkəyə qayıda bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təyyarə qiymətlərinin baha olmasına görə, tələbələrimiz tətillərini ölkəmizdə deyil, təhsil aldıqları ölkələrdə keçirirlər.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.

“Türkiyədə təhsil alan tələbələrimiz də bu səbəbdən ölkəmizə gələ bilməyiblər. Ona görə də hesab edirəm ki, tələbələrimizə həm daxili nəqliyyatda, həm da xarici nəqliyyatda güzəştlər olmalıdır. Bununla bağlı xarici təcrübələr var, ən azından qardaş Türkiyənin təcrübəsindən istifadə edə bilərik”, – deyə deputat aviabiletlərin baha olmasından gileylənib.