Avqustun 5-dən karantin yumşalır: DOST-da qəbul başlayırbackend

Avqustun 5-dən karantin yumşalır: DOST-da qəbul başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 5-dən etibarən DOST mərkəzlərində vətəndaş qəbulu bərpa ediləcək.

Mərkəzdən NOCOMMENT-ə verilən məlumata görə, həftənin bazar ertəsindən cümə gününədək saat 9:00-dan 18:00-a qədər vətəndaşların xidmətində olacaq.

Vətəndaşlara xidmət prosesi zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Covid-19 virusundan qorunmaqla bağlı tövsiyələrinə əməl ediləcək. Əməkdaşların qoruyucu maskalarla təmin edilməsi ilə yanaşı DOST mərkəzlərində vətəndaşların da dezinfeksiyaedici məhlullardan istifadə etməsi üçün şərait yaradılacaq. Mərkəzlərə gələn vətəndaşların da qoruyucu maskalarından istifadə etmələri və sosial məsafə saxlamaları tövsiyə edilir.

Qeyd edək ki, ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar iyun ayının 21-dən etibarən DOST mərkəzlərində xüsusi iş rejimi tətbiq edilirdi. Vətəndaşların müraciətləri e-poçt və Çağrı Mərkəzi 142 vasitəsilə qəbul edilirdi.