AÇ: Türkiyə millisi İtaliyaya məğlub oldubackend

: Türkiyə millisi İtaliyaya məğlub oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Avropa çempionatının açılış matçında üz-üzə gələcək Türkiyə və İtaliya yığmalarının start heyətləri bəlli olub.

NOCOMMENT.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.

Türkiyə: 23. Uğurcan Çakır (GK), 2. Zəki Çelik, 3. Merih Dəmiral, 4. Çağlar Söyüncü, 5. Oqtay Yokuşlu, 6. Ozan Tufan, 9. Kənan Karaman, 10. Hakan Çalhanoğlu, 11. Yusuf Yazıcı, 13. Umud Meraş, 17. Burak Yılmaz (K)

İtaliya: 21. Donnarumma (GK), 3. Kiellini (K), 4. Spinazzola, 5. Lokatelli, 8. Jorjinyo, 10. İnsiyne, 11. Berardi, 17. İmmobile, 18. Barella, 19. Bonuççi, 24. Florenzi

Qeyd edək ki, Romadakı “Olimpiko” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

İtaliya-Türkiyə matçı başladı.

***

Oyunun 52-ci dəqiqəsində İtaliya millisi hesabı açıb. Berardinin cinahdan ötürdüyü top Türkiyə millisinin müdafiəçisi Merih Demirala dəyərək qapıya daxil olub: 1-0.

***

66-cı dəqiqədə Ciro İmmobile ikinci qolu Türkiyə millisinin qapısından keçirib: 2-0.

***

79-cu dəqiqədə İnsinye 3-cü qolu Türkiyə millisinin qapısından keçirib: 3-0.

***

Avropa çempionatının açılış matçında Türkiyə seçməsi İtaliya yığmasına 3-0 məğlub oldu.