Avro-2024-ün oyunları bu kanallarda da yayımlanacaq – UEFA qərar verdibackend

Avro-2024-ün oyunları bu kanallarda da yayımlanacaq – UEFA qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Match TV” və “Okko” telekanallarını qarşıdan gələn Avro 2024-ün yayımçıları sırasına daxil edib.

NOCOMMENT.az redaktor.az-a istinadən xəbər verir ki,bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) təşkilatın saytında məlumat verilib.

Rusiya klublarının və milli komandanın qurumun himayəsi altında keçirilən turnirlərdə iştirakdan kənarda qalmasına baxmayaraq, onlar bu siyahıya düşüblər.

2024-cü il Avropa çempionatı iyunun 14-də Münhendə Almaniya – Şotlandiya oyunu ilə başlayacaq. Oyun “Allianz Arena” stadionunda keçiriləcək, start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.

Turnirin hazırkı qalibi İtaliya komandasıdır. Avro-2020-nin final oyununda italyanlar Londondakı “Uembli” stadionunda İngiltərə millisini penaltilər seriyasında məğlub ediblər.

Xatırladaq ki, 2022-ci ilin yazında Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA Rusiya millisinin, eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəlib. Ruslar 2022-ci il dünya çempionatının pley-off mərhələsini buraxıblar və qarşıdan gələn Avropa çempionatını buraxacaqlar.