Avro bahalaşdı, dollar ucuzlaşır – Manatın məzənnəsi NECƏ DƏYİŞƏCƏK?backend

Avro bahalaşdı, dollar ucuzlaşır – Manatın məzənnəsi NECƏ DƏYİŞƏCƏK?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Federal Ehtiyat Sistemi (FED) uzun müddətdən sonra ilk dəfə faiz dərəcələrini azaldıb. Sentyabrın 17-18-də keçirilən ikigünlük iclasın sonunda uçot dərəcəsi 50 baza bəndi azalaraq 4.75-5.25% səviyyəsinə düşüb. RBC.ru-nun məlumatına görə, bu, 2020-ci ilin martından bəri baş verən ilk faiz azaldılmasıdır. ABŞ iqtisadiyyatında son bir ildə uçot dərəcəsi 20 ilin maksimum həddi olan 5.25-5.5% səviyyəsində qalmışdı və FED-in 2023-cü ilin iyul ayından bəri bu göstəricini sabit saxlaması diqqət çəkmişdi.

Federal Ehtiyat Sistemi (FED) tərəfindən uçot dərəcəsinin azalması ABŞ dollarının dəyərinə birbaşa təsir göstərə bilər. Uçot dərəcəsi bankların mərkəzi bankdan borc götürərkən ödədiyi faiz dərəcəsini müəyyən edir və bu göstərici iqtisadiyyatda pulun dəyərini tənzimləyən əsas şərtlərdən biridir. FED-in faiz dərəcələrini azaltması pul bazarını genişləndirir, kredit almaq daha ucuzlaşır və nəticədə iqtisadiyyata daha çox pul daxil olur.

FED-in faizlərlə bağlı növbəti iclası 6-7 noyabr tarixlərində baş tutacaq. Qeyd edək ki, uçot dərəcəsi dünya üzrə ABŞ dollarının dəyərini müəyyənləşdirir.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, FED-in bu qərarı iqtisadiyyatı stimullaşdırmaq və inflyasiya ilə mübarizə tədbiri kimi də qiymətləndirilə bilər, Ancaq faiz dərəcələrinin azalması ABŞ dollarının ucuzlaşmasına və digər valyutalar qarşısında dəyər itirməsinə səbəb ola bilər:

“Faiz dərəcəsinin endirilməsi gözlənilən idi, hətta mart ayında endiriləcəyi düşünülürdü, amma inflyasiya ilə əlaqədar rəqəmlər və Amerika Mərkəzi Bankının məsələlərə bir az ehtiyatlı yanaşması bu qərarı indiyə gətirib çıxardı. 25 faiz bəndinin endiriləcəyi gözlənilirdi, amma Amerika Mərkəzi Bankı bir az daha aqressiz faiz kəsiminə getdi. Hər bir halda qərar gözlənilən idi. Avro ilə dollar nisbəti 1.05, 1.08-dən 1.11-ə qədər ucuzlaşmışdı”.

İqtisadçı qeyd edib ki, bundan sonra ABŞ dollarının kəskin ucuzlaşacağı proqnozlaşdırılmır. Onun sözlərinə görə, Mərkəzi Bankın siyasətində kəskin dəyişiklik olmazsa, dolların qiymətində nəzərə çarpan bir ucuzlaşmanın olacağı gözlənilmir: “Bu ucuzlaşma bizə təsir edə bilər. Çünki əvvəl avronu daha ucuz alırdıq, amma indi daha da bahalaşıb. Əvvəl avronun kursu 1,78, 1,75 gəlirdi, amma indi daha yuxarı qalxıb. Yəni bu digər valyutaların kursunda bahalaşma kimi göstərilir. Düzdür, bu idxal qiymətinə təsir edən bir amildir, amma elə ciddi bir ziyan yoxdur”.

Xalid Kərimli əlavə edib ki, bu qərarın özü manatın məzənnəsi üçün elə ciddi bir problem yaradan məsələ deyil. Aşağı faiz dərəcələri xarici investorlar üçün ABŞ valyutasını və dollarla ifadə edilən aktivləri daha az cəlbedici edir, nəticədə dolların tələbini aşağı salır. Digər tərəfdən, FED-in bu qərarı iqtisadiyyatı stimullaşdırmaq və inflyasiya ilə mübarizə tədbiri kimi də qiymətləndirilə bilər