Avropa aviaşirkətləri Yaxın Şərqə uçuşları ləğv etməkdə davam edirbackend

Avropa aviaşirkətləri Yaxın Şərqə uçuşları ləğv etməkdə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra Avropa aviaşirkətləri, o cümlədən “Lufthansa” və “Air France”, Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar İsrail, İran, Livan və bəzi digər ölkələrə uçuşların növbəti dəfə ləğv edildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Lufthansa avqustun 21-i daxil olmaqla İran, Livan və İordaniyanın paytaxtlarına, həmçinin Təl-Əviv və İraqın Ərbilə uçuşlarının ləğv edildiyini açıqlayıb. Həmçinin bu müddət ərzində aviaşirkətin təyyarələri İran və İraqın hava məkanından uçmayacaq.

Həmçinin, “Swiss International Air Lines” da bildirib ki, avqustun 21-dək bütün reysləri İran, İraq və İsrail üzərində hava məkanından istifadə etməyəcək.

“Air France” və “Tranavia France” aviaşirkətləri avqustun 14-dək Beyruta bütün uçuşları ləğv edib.