Avropa Birliyi ölkələri NATO-nun müdafiə xərcləri ilə bağlı öhdəliyini yerinə yetirə bilmirlərbackend

Avropa Birliyi ölkələri NATO-nun müdafiə xərcləri ilə bağlı öhdəliyini yerinə yetirə bilmirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-ya üzv olan Avropa dövlətləri alyansın müdafiə xərcləri hədəfi üçün əlavə 56 milyard avro tapmalıdırlar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Financial Times” Almaniya İqtisadi Araşdırmalar İnstitutunun (IFO) hesablamalarına istinadən məlumat yayıb.

“NATO — ya daxil olan Avropa Birliyi ölkələri, İtaliya, İspaniya və Belçika da daxil olmaqla, alyansın müdafiə xərcləri hədəflərindən ən geri qalırlar”, – məlumatda qeyd olunur.

Araşdırmada qeyd olunub ki, Almaniya əvvəllər ən böyük müdafiə kəsirinə malik idi, lakin Berlin artıq bu boşluğu azaltmağa nail olub. Maliyyə çətinliklərinə görə ikinci yerdə İspaniyadır (11 milyard avro). Siyahını İtaliya (10,8 milyard avro) və Belçika (4,6 milyard avro) tamamlayır. 2023-cü ildə bu üç ölkənin hər birinin borcu ÜDM-nin yüz faizindən çox olub.

IFO iqtisadçısı Marsel Şlepperin fikrincə, borcu yüksək olan ölkələr üçün onu azaltmağın yeganə real yolu digər sahələrdə xərclərin azaldılmasına nail olmaqdır.