Avropa Birliyindən “Qurani-Kərim”in yandırılmasına REAKSİYAbackend

Avropa Birliyindən “Qurani-Kərim”in yandırılmasına REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçülərindən Yohannes Bahrke İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı İsveç hakimiyyətinin addım atmalı olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Bahrke Aİ Komissiyasının sözçülərinin mətbuat konfransında İsveçdə baş verən insidentlə bağlı sualı cavablandırarkən deyib.

Bu cür hərəkətlərin AB-nin əsasını qoyduğu dəyərlərə uyğun gəlmədiyini bildirən Bahrke, “Daha əvvəl də dəfələrlə söylədiyimiz kimi, irqçilik, xaricilərə düşmənçilik, irqi və dini nifrətin AB-də yeri yoxdur. Bu, İsveç hakimiyyətinin diqqət etməli və tədbir görməli olduğu bir məsələdir”.

Qeyd edək ki, Danimarkanın ifrat sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludan yanvarın 21-də İsveçin paytaxtı Stokholmda Türkiyənin Stokholmdakı səfirliyi qarşısında “QuranikKərim”i yandırıb. İzdihamlı polisin mühafizəsi altında keçirilən aksiyada heç kimin Paludana yaxınlaşmasına icazə verilməyib.