Avropada terror hücumları riski artır, belə bir dinamika artıq altı aydır müşahidə olunur.
NOCOMMENT.az xəbər verir ki, güc strukturları bu ilin əvvəlində Almaniyaya terror aktları törətməyi planlaşdıran şəxslərin qaçqın adı altında gəldiyindən şübhələnirlər.
Məhz bununla əlaqədar həftənin əvvəlində ölkədə terror təhlükəsi səviyyəsinin yüksəldilməsi barədə qərar qəbul edilib. Terrorçuların Almaniyada və digər dövlətlərdə hücumlar planlaşdıra biləcəyi ehtimalları irəli sürülür. Xüsusi xidmət orqanlarının “Bild” nəşrində dərc edilən xəbərdarlığında qeyd olunur ki, artıq bir neçə aydır bütün Avropa döyüş hazırlığı vəziyyətindədir.
Təkcə Almaniyada cinayətkarlar artıq üç dəfə dəhşətli və qanlı qətliam təşkil etməyə çalışıblar. Almaniyanın daxili işlər naziri Nensi Fezer isə qadağan olunmuş İŞİD terror təşkilatı tərəfindən təhdid barədə xəbərdarlıq edib.
“Almaniyaya qarşı ən ciddi təhlükə onlardan qaynaqlanır”, – deyə federal nazir bildirib.