Donald Tramp ABŞ prezident seçkilərində qalib gələrsə, Avropa İkinci Dünya Müharibəsindən bəri ən pis təhlükəsizlik böhranı ilə üzləşəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerikanın “Foreign Affairs” jurnalı yazıb.
“Baş komandan kimi o, heç vaxt Amerika qoşunlarına Avropa uğrunda döyüşməyi əmr etməyəcəyinə və ABŞ-ı NATO hərbi komandanlığından çıxarmaq üçün addımlar atmayacağına söz verə bilər. Nəticədə, Avropa İkinci Dünya Müharibəsindən bəri qarşılaşmadığı bir təhlükəsizlik böhranı ilə üzləşməyə məcbur olacaq” – materialda deyilir.
Bundan əvvəl Donald Tramp bildirmişdi ki, Ağ Evə qayıtsa, Rusiyadan “hücum” olarsa, NATO-nun müdafiəsini təmin etmək niyyətində deyil, çünki alyans ölkələri kifayət qədər töhfələr verməmişdir.
Qeyd olunur ki, Avropa ölkələrinin heç biri kifayət qədər təcrübəyə və liderlik keyfiyyətlərinə malik olmadığından, Avropa ABŞ-dan sonra geosiyasi lider olmağa hazır deyil.
Üstəlik, maddi-texniki baxımdan Avropa ABŞ-ın dəstəyi olmadan hərbi qüvvələrin yerləşdirilməsində çətinliklərlə üzləşəcək. Məqalə müəllifləri belə qənaətə gəliblər ki, Avropa ölkələri müstəqil şəkildə döyüş hissələrini uzun məsafələrə hava yolu ilə daşıya bilməyəcəklər.