Avropa Hitlerdən necə qorxurdusa, Putindən də elə qorxurbackend

Avropa Hitlerdən necə qorxurdusa, Putindən də elə qorxur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putin Sovet İttifaqını bərpa etmək planına start verdi”.

NOCOMMENT xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev sosual şəbəkə hesabında yazıb.

O, bildirib ki, əslində indi Ukrayna Sovetdən ayrılmış bütün respublikaların müstəqilliyi uğrunda vuruşur: “Avropanın mərkəzində dayanmış Ukrayna məğlub edilsə növbə Baltik ölkələri, Orta Asiya və Zaqafqaziyadır.

Onların işğalından sonra növbədə sosialist lageri Polşa və başqaları dayanır.

1930-cu illərdə Avropa Hitlerdən necə qorxurdusa indi də Putindən elə qorxurlar. ABŞ-ın prezidenti gündə bir neçə dəfə “biz Ukraynaya qoşun göndərməyəcəyik” deməklə praktiki Putindən qorxduğunu boynuna alır.

Ümid qəhrəman Ukrayna xalqının özünə qalıb. Ukrayna bu müharibədən qalib çıxa bilsə, dünyanın canı qurtarar, müstəqil ölkələr azad nəfəs ala bilərlər”.