Avrozona iqtisadiyyatı tənəzzülə girə bilərbackend

Avrozona iqtisadiyyatı tənəzzülə girə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi avrozona ölkələrində hökumət xərclərinin kəskin şəkildə azaldılması gələn il regionun inkişaf perspektivlərinə zərbə vura bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti bazar iştirakçılarına istinadən məlumat yayıb.

AB-yə üzv ölkələrin maliyyə nazirləri tərəfindən qəbul edilən yeni fiskal qaydalar avrozona iqtisadiyyatına zərbə vura bilər. İttifaqın hər bir ölkəsi üçün dövlət xərclərinə məhdudiyyətlərin mərhələli şəkildə sərtləşdirilməsi planlaşdırılır. Eyni zamanda, böyük miqdarda dövlət borcu olan ölkələrin hakimiyyət orqanları büdcə kəsirinin azaldılması üçün planlar hazırlamalı və Brüssellə razılaşdırılmış illik xərc limiti təyin etməlidir.

Consensus Economics-in analitikləri hesab edir ki, avrozonanın ümumi daxili məhsulu 2024-cü ildə cəmi 0,5% artacaq.