Avropa İttifaqı 2024-cü il üçün büdcə layihəsini hazırlayıbbackend

Avropa İttifaqı 2024-cü il üçün büdcə layihəsini hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Komissiyası 2024-cü il büdcəsinin 189,3 milyard avro olmasını və bərpa proqramı çərçivəsində üzv ölkələrə 113 milyard avro qrant ayrılmasını təklif edib.

NOCOMMENT xəbər verir ki, Aİ Komissiyası 2024-cü il büdcə layihəsi ilə bağlı təklifini açıqlayıb.

Layihəyə əsasən, Aİ-nin gələn il büdcəsi 189,3 milyard avro təşkil edəcək.

Sözügedən büdcəyə əlavə olaraq, Aİ Komissiyası COVID-19 epidemiyasının iqtisadi təsirlərinə qarşı hazırlanan bərpa proqramı çərçivəsində üzv ölkələrə 113 milyard avro yardım edəcək.

Büdcə və qrant proqramı Avropanın iqtisadi dirçəlişini davam etdirmək, məşğulluğu artırmaq və strateji muxtariyyəti gücləndirmək məqsədi daşıyacaq.