Avropa İttifaqının antiinhisar orqanı Google-a reklam texnologiyaları sahəsində anti-rəqabət praktikası səbəbindən 2,95 milyard avro (təxminən 281,6 milyard rubl) cərimə kəsib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə tənzimləyicinin bəyanatına istinadən Reuters agentliyi məlumat yayıb.
Avropa Komissiyasının məlumatına görə, şirkət öz reklam biznesində üstün mövqeyindən istifadə edib, bu isə maraqların toqquşmasına və rəqabətin pozulmasına səbəb olub. Nəticədə Google öz-özünə üstünlük praktikalarını dayandırmalı və 60 gün ərzində düzəldici tədbirlər planını təqdim etməlidir.
“İndi Google maraqların toqquşmasını aradan qaldırmaq üçün ciddi tədbirlər təklif etməlidir. Əgər bunu etməsə, biz hüquqi müdafiə vasitələrini çəkinmədən tətbiq edəcəyik”, – deyə Avropa Komissiyasının icraçı vitse-prezidenti Teresa Ribera bildirib.
Qeyd edək ki, bu, son 10 il ərzində Google-a qarşı Avropa İttifaqı tərəfindən tətbiq olunan dördüncü böyük cərimədir.