İki alman jurnalist, müharibə müxbiri Alina Lipp və bloger Tomas Reper Rusiyaya dəstək verdiyi iddiası ilə Avropa İttifaqının qara siyahısına salınıb.
NOCOMMENT.az xəbər verir ki, TASS bu barədə Aİ Şurasının sənədinə istinadən məlumat yayıb.
Jurnalistlərin Rusiya tərəfinin xeyrinə olan “hibrid hərəkətlərdə” ittiham olunduğu bildirilir. Ümumilikdə 6 şirkət və 21 fiziki şəxs qara siyahıya salınıb.
Bu siyahı Rusiya Federasiyasına qarşı 17-ci sanksiyalar paketindən ayrıca qəbul edilib. Estoniya Xarici İşlər Nazirliyi bildirir ki, sonuncu, xüsusən, 17 fiziki şəxs, Rusiya Federasiyasının 58 hüquqi şəxsi və 200 tankerə qarşı məhdudiyyətləri əhatə edir.