Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirirbackend

Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı ölkələrinin liderləri Brüsseldə keçirilən sammitdən sonra İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəklərini açıqlayıblar.

NOCOMMENT.az xəbər verir ki, məhdudiyyətlərin əksəriyyəti dron və raketlərin istehsalı ilə əlaqəlidir.

Liderlərin birgə bəyanatında bildirilib ki, Avropa İttifaqı regionda gərginliyin azaldılması və təhlükəsizliyin təşviqinə tam sadiqdir.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran 300 dron, qanadlı raketlər və ballistik raketlərlə İsrailə hücum edib. İsrail ordusu buraxılmış raket və dronların 99 faizini məhv etdiyini iddia edib. Eyni zamanda, İran hücumunu uğurlu adlandırıb. İsrail İranın hücumuna “əhəmiyyətli və güclü cavab” verəcəyini söz verib.