Avropa İttifaqı İranı hədələdibackend

Avropa İttifaqı İranı hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı İranın Rusiyaya ballistik raketlər verməyə başlayacağı təqdirdə ona qarşı sanksiyalar tətbiq etməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Avropa Parlamentinin üzvləri qarşısında konfransda çıxışı zamanı deyib.

“İran Rusiyanı ballistik raketlərlə təmin edərsə, biz əlavə sanksiyalarla cavab verməyə hazırıq”, – deyə fon der Leyen hədələyib.

Qeyd olunur ki, həm Moskva, həm də Tehran əvvəllər Qərbin silah tədarükü ilə bağlı ittihamlarını dəfələrlə təkzib edərək, onları əsassız adlandırıb.

Fevralda “Reuters” agentliyi İrandakı mənbələrə istinadən Tehranın Rusiyaya 400-ə yaxın ballistik raket ötürdüyünü bildirib.