Avropa İttifaqı Kanadaya 280 yanğınsöndürən göndərirbackend

Avropa İttifaqı Kanadaya 280 yanğınsöndürən göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının Humanitar Ofisi Kanadadakı meşə yanğınlarına müdaxilə etmək üçün 280 yanğınsöndürən göndərəcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Kanada hökuməti ölkənin cənubunda başlayan və nəzarət altına alına bilməyən meşə yanğınları üçün AB Mülki Müdafiə Mexanizmi çərçivəsində kömək istəyib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bu gün bəyanatla çıxış edib.

“Biz dəhşətli meşə yanğınları qarşısında Kanada ilə həmrəyik. Kanada AB Mülki Müdafiə Mexanizmindən dəstək istəyib və biz dərhal cavab verdik”.

Mexanizm çərçivəsində Fransa, Portuqaliya və İspaniyadan 280 yanğınsöndürən göndəriləcəyini bildirən Komissiya sədri Leyen daha çox yanğınsöndürən göndəriləcəyini vurğulayıb.

NOCOMMENT.AZ