Avropa İttifaqı müdafiə sazişləri şəbəkəsi yaradırbackend

Avropa İttifaqı müdafiə sazişləri şəbəkəsi yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqı üçüncü ölkələrlə müdafiə sazişləri şəbəkəsini yaratmaq niyyətindədir. Bütün maraqlı tərəfləri bu sazişə qoşulmağa çağırırıq”.

NOCOMMENT.az xəbər verir ki, bunu İttifaqın xarici siyasət xidmətinin rəhbəri Cozef Borrell təhlükəsizlik məsələlərinə həsr olunan forumun açılışı zamanı bildirib.O, bildirib ki, təhdidlərin sayı artır:

“Biz yeni müdafiə və təhlükəsizlik tərəfdaşlığı yaratmaqla əməkdaşlıq sistemimizi genişləndirməliyik. İki dövlətlə – Moldova və Norveçlə yeni saziş imzalanıb. Daha altı sazişin hazırlanması prosesi gedir”.

“Bizimlə müdafiə əməkdaşlığını inkişaf etdirmək istəyən hər bir kəsi bu proqrama qoşulmağa dəvət edirəm”, – deyə Cozef Borrell qeyd edib.