Avropa İttifaqı böyük ehtimalla rusiyalı turistlər üçün tam giriş qadağası tətbiq etməyəcək, çünki ittifaqda hələ də rus turistlərinə maraq göstərən ölkələr mövcuddur.
NOCOMMENT.az xəbər verir ki, bu fikri “Gazeta.Ru”-ya açıqlamasında Rusiya Dövlət Dumasının Beynəlxalq İşlər Komitəsinin birinci sədr müavini Aleksey Çepa bildirib.
“Avropa İttifaqında hələ də rus turistlərinə maraq göstərən ölkələr var və onlar tam giriş qadağasına qarşı çıxacaqlar. Buna görə də Brüsselin bu ideyanı qəbul etdirməsi böyük ehtimalla mümkün olmayacaq, amma bəzi ölkələr əlavə məhdudiyyətlər tətbiq edə bilər”, – deyə deputat bildirib.
O əlavə edib ki, Avropa ölkələrinin rus turistlərinin girişini məhdudlaşdırmaq cəhdləri Rusiya tərəfindən simmetrik cavabla üzləşəcək.