Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi çərçivəsində 20-dən çox fiziki və 22 hüquqi şəxsi qara siyahıya salmaq niyyətindədir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə EUobserver sənəd layihəsinə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, siyahıda digərləri arasında müğənni Polina Qaqarina da olacaq.
Bundan əvvəl EUobserver xəbər vermişdi ki, Aİ ölkələri təşkilatın iyunun 27-də keçiriləcək sammitinə qədər Rusiyaya qarşı daha bir sanksiyalar paketi ilə bağlı razılığa gəlməyi planlaşdırır.