Avropa İttifaqı Serbiyanı Rusiya ilə münasibətləri möhkəmləndirməkdən çəkinməyə çağırıbbackend

Avropa İttifaqı Serbiyanı Rusiya ilə münasibətləri möhkəmləndirməkdən çəkinməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) namizəd Serbiyanın Rusiya ilə xarici siyasət əlaqələrini gücləndirməyəcəyini gözləyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sentyabrın 5-də Brüsseldə keçirilən mətbuat konfransında Aİ Xarici İşlər Nazirliyinin nümayəndəsi Piter Stano bildirib.

“Biz Serbiyanın Rusiya ilə əlaqələri intensivləşdirməkdən və gücləndirməkdən çəkinməsini gözləyirik”, – TASS onun sözlərindən sitat gətirir.

Stanonun sözlərinə görə, Serbiya ittifaqa üzv olmağa namizəd olduğu üçün Aİ dəyərlərinə hörmət etməlidir. Avropa Komissiyası dəfələrlə ölkəni Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmağa çağırıb və hökumətin Rusiya hakimiyyəti ilə təmaslarını pisləyib.