Avropa İttifaqı Ukrayna ilə bağlı yeni sammit keçirəcəkbackend

Avropa İttifaqı Ukrayna ilə bağlı yeni sammit keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya maliyyə dəstəyini müzakirə etmək üçün gələn ilin əvvəlində Aİ ölkələrinin liderlərinin sammiti keçiriləcək.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) 2024-cü ilin əvvəlində Kiyevə 2027-ci ilə qədər 50 milyard avro məbləğində yardım paketini razılaşdırmaq üçün fövqəladə sammit keçirəcək. Bu barədə Brüsseldəki sammitin mətbuat konfransında Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib. 

“26 ölkə Ukraynaya yardım proqramını dəstəklədi, lakin 26 ölkə qərar qəbul etmək üçün kifayət deyil, ona görə də bu təklifi razılaşdırmaq üçün 27 ölkənin iştirakı ilə xüsusi sammitimiz olacaq”, – deyə Şarl Mişel bildirib.