Avropa İttifaqı Şurası Ukrayna hərbçilərinin hazırlanması üzrə missiyanın mandatını 2026-cı ilin noyabrına qədər uzadıb və bunun üçün 409 milyon avro ayırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bu missiya Ukraynaya yardımı əlaqələndirmək üçün NATO missiyası ilə əməkdaşlıq edəcək.
“Avropa Şurası Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyasının mandatının daha iki il müddətinə, 2026-cı il noyabrın 15-nə qədər uzadılması qərarını təsdiqləyib və ona 409 milyon avro büdcə ayırıb”, – bəyanatda deyilir.