Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə keçirilən Avropa Şurasının iclasından sonra jurnalistlərə bildirib ki, Avropa İttifaqı Ukraynaya dəstək üçün artıq 130 milyard avrodan çox vəsait xərcləyib.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, Ukraynaya göndərilən silahların 47%-i Aİ-nin, 40%-i isə ABŞ-ın payına düşür.
Geriyə nəzər salsaq, Avropa indiyədək Ukraynaya təxminən 130 milyard avro yardım edib.
Avropa rəsmisi əlavə edib ki, Brüssel təkcə gələn il Ukraynaya 30,6 milyard avro maliyyə yardımı ayırmağa hazırdır.