Avropa İttifaqı Ukraynaya qoşun yeridə bilməyəcək, çünki…backend

Avropa İttifaqı Ukraynaya qoşun yeridə bilməyəcək, çünki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Ukraynaya qoşun yeridə bilməyəcək, çünki sülhməramlı qüvvələrin yeridilməsi yalnız Birləşmiş Millətlər Təşkilatı (BMT) vasitəsilə mümkündür. 

NOCOMMENT.az RİA Novosti- yə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin belçikalı üzvü Rudi Kennes deyib.

“Bu baş verməyəcək. Dəqiq deyə bilmərəm, amma mənim fikrimcə, [Rusiya prezidenti Vladimir] Putin və [ ABŞ prezidenti Donald ] Tramp bu məsələni artıq həll ediblər. Hesab edirəm ki, sülhməramlı qüvvələrin istənilən müdaxiləsi və ya yerləşdirilməsi yalnız BMT vasitəsilə mümkündür”, – o deyib.

Kennesin sözlərinə görə, avropalı seçicilər Ukraynaya əsgər göndərilməsinin əleyhinə olacaqlar. Deputat qeyd edib ki, “iş yerində olanda və onların oğulları və qızları cəbhəyə getməli olduqda, düşünürəm ki, hər şey dəyişəcək”.

Bundan əvvəl Donald Tramp bildirib ki, ABŞ Avropaya Ukraynaya qoşun yeritmək, o cümlədən hava dəstəyi ilə kömək edə bilər.