Avropa İttifaqı və NATO-nun xüsusi nümayəndələri Ermənistanda səfərdədirbackend

Avropa İttifaqı və NATO-nun xüsusi nümayəndələri Ermənistanda səfərdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Ermənistana səfər edib.

NOCOMMENT.az xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Regional təhlükəsizlik və sülhlə bağlı son hadisələr müzakirə olunub.

Toivo Klaar həmçinin Ermənistan Baş nazirnin müavini Mher Qriqoryanla da görüşüb. NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəsi Asiya üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina da Ermənistana səfər edib. Vahan Kostanyanla görüşdə tərəflər Ermənistan-NATO əməkdaşlığını, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.