Avropa İttifaqı (Aİ) Venesuela vəziyyətini diqqətlə izləyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaya Kallas məlumat verib.
O, baş verənləri ABŞ Dövlət katibi Marko Rubio ilə müzakirə etdiyini bildirib.
Kallas X sosial şəbəkəsində yazıb: “Aİ dəfələrlə bəyan edib ki, cənab Maduro legitimliyə malik deyil və sülh yolu ilə keçid dövrünün təmin olunmasını müdafiə edib. Hər hansı şəraitdə beynəlxalq hüquq və BMT Nizamnaməsi prinsiplərinə riayət olunmalıdır. Biz təmkinli olmağa çağırırıq”.
Eyni zamanda, diplomat mənbənin TASS agentliyinə verdiyi məlumata görə, ABŞ öz hərbi planları barədə NATO tərəfdaşlarını məlumatlandırmayıb.










