Avropa İttifaqından “iPhone 12” açıqlamasıbackend

Avropa İttifaqından “iPhone 12” açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Komissiyası Fransanın “iPhone 12” satış qadağası qərarı barədə Komissiyaya və üzv ölkələrə məlumat verdiyini və üzv ölkələrin bu məhdudiyyəti nəzərdən keçirmək üçün 3 ay müddətinin olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Komissiyanın sözçüsü Sonya Qospodinova Brüsseldə keçirilən gündəlik mətbuat konfransında bildirib.

Birlik qaydalarına uyğun olaraq bəzi məhsulların dövriyyəsini məhdudlaşdırmaq üçün tədbir alan və ya tədbir görən üzv ölkənin digər üzv ölkələri xəbərdar etməli olduğunu bildirən Qospodinova, üzv ölkələrin bu məhdudiyyətləri araşdırmaq və onlara etiraz edib-etməmək üçün 3 ay müddətinin olduğunu bildirib.

Qospodinova, “Mövcud vəziyyətdə üzv dövlətlərin reaksiyalarını gözləyirik. Komissiya bu reaksiyaları gözləyərkən heç bir tədbir görməyəcək”, – deyib.