Avropa İttifaqının İrandan NÜVƏ TƏLƏBİbackend

Avropa İttifaqının İrandan NÜVƏ TƏLƏBİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı İran hökumətindən nüvə doktrinasına yenidən baxması təhdidindən əl çəkməsini istədiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, bunu Avropa İttifaqının sözçüsü Piter Stano “Azadlıq Radiosu”na müsahibəsində deyib.

“Biz hələ də İrandan nüvə silahı istehsal etmək düşüncəsini dəyişməsi və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dərhal normallaşdırması kimi konkret addımlar atmasını gözləyirik. İran həmişə nüvə proqramının sırf dinc xarakter daşıdığını iddia edib, ancaq bu yaxınlarda İranın rəhbəri Xameneyinin müşaviri Kamal Xərrazi xəbərdarlıq edib ki, İranın varlığına təhlükə yaranarsa, nüvə doktrinasına yenidən baxıla bilər”, – deyə, Piter Stano əlavə edib.