Avropa İttifaqının səfirləri Rusiyaya qarşı 12-ci sanksiyalar paketini müzakirə ediblərbackend

Avropa İttifaqının səfirləri Rusiyaya qarşı 12-ci sanksiyalar paketini müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Aİ-nin 27 ölkəsinin səfirləri Rusiyaya qarşı 12-ci sanksiyalar paketinin ilk müzakirəsini keçiriblər. Bu barədə TASS məlumat yayıb.

“Bəli, bu gün səfirlərin iştirakı ilə ilk müzakirə oldu. Bu göstərdi ki, paketin razılaşdırılmasına hələ çox yol var”, – deyə hesabatda qeyd olunur.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyinin 14 Rusiya şirkəti və 3 dəniz gəmisinə qarşı sanksiyalar tətbiq etdiyi bildirilirdi. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiya siyahısına “VNIIR Transstroy”, “VNIIR Promelektro”, “VNIIR Qidroelektroavtomatika”, eləcə də Liberiyada qeydiyyatdan keçmiş “Progress” gəmiçilik şirkəti əlavə edilib.