ABŞ tarifləri Aİ-nin 380 milyard avroluq ixracına təsir edir ki, bu da icma ölkələrindən ABŞ-a bütün ixracın 70%-dən çoxunu təşkil edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Vaşinqtonla ticarət mübahisələrinə dair nazirlərin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında Avropanın ticarət komissarı Maroş Şefçoviç bildirib.
“Aİ-nin əsas tərəfdaşımız olan ABŞ ilə ticarəti çətin vəziyyətdədir. Tariflər 380 milyard avroluq ixraca təsir edir. Bütün ixracın 70%-dən çoxu 20%, 25% və hətta daha yüksək tariflərlə üzləşir”, – deyə o vurğulayıb.
Bundan əvvəl Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett bildirmişdi ki, Tramp Çindən başqa bütün ölkələr üçün 90 gün ərzində qarşılıqlı tarifləri dayandırmağı düşünür.