NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Avropa Komissiyası xarici agentlərlə bağlı “Demokratiyanın Müdafiə Paketi” adlı direktiv layihəsini təsdiqləyib. Bu barədə geniş yayılmış bəyanatda deyilir.
Sənəd Avropa İttifaqından kənar dövlətlərin maraqlarının bütün nümayəndələrini xarici dövlətdən alınan bütün ödənişləri göstərmək zərurəti ilə Aİ-nin şəffaflıq reyestrində qeydiyyatdan keçməyə məcbur edəcək.
Aİ Avropa siyasi institutlarının işində həddindən artıq açıqlığın xarici hökumətlər tərəfindən istismar oluna biləcəyindən narahatdır.