Avropa Komissiyası “Google”, “Apple”, “Meta” ilə bağlı araşdırmaya başlayıbbackend

Avropa Komissiyası “Google”, “Apple”, “Meta” ilə bağlı araşdırmaya başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyası “Apple”, “Google” və “Meta” şirkətlərinə onların təcrübələrinin Aİ-nin yeni rəqəmsal bazarlar qanununa uyğun olub-olmadığını müəyyən etmək üçün genişmiqyaslı araşdırmalara başlayıb.

NOCOMMENT.az Bloomberg-ə istinadən xəbər verir ki, texnologiya nəhəngləri qlobal gəlirin 10%-i qədər böyük cərimələrlə üzləşirlər.

Antiinhisar agentliyi Apple və Google tətbiqləri üçün rəqabəti məhdudlaşdıra biləcək qaydaları araşdıracaq.

Aİ-nin Rəqabət üzrə Komissarı Marqrete Vestaqer şirkətlərin təklif etdiyi həllərin rəqəmsal bazarlar qanununa uyğun olmadığını bildirib. Onun sözlərinə görə, söhbət “ciddi qanun pozuntularından” gedir.