Avropa Komissiyası hesab edir ki, Ukraynada münaqişə 2027-ci ilə qədər davam edəcəkbackend

Avropa Komissiyası hesab edir ki, Ukraynada münaqişə 2027-ci ilə qədər davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyası (AK) Ukraynada münaqişənin ən azı 2027-ci ilə qədər davam edəcəyinə hazırlaşır və Aİ-də ukraynalı qaçqınların müdafiəsi üçün müvəqqəti tədbirlərin müddətini 2027-ci ilin martına qədər uzatmağı təklif edir.Bu barədə AK bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz hərbi münaqişədən qaçan ukraynalılar üçün müvəqqəti müdafiə tədbirlərinin 2027-ci ilin martına qədər uzadılmasını təklif edirik”, – deyə bəyanatda bildirilir.

Ukraynalı qaçqınların müdafiəsi ilə bağlı müvəqqəti tədbirlər 2022-ci ilin martında Avropa Komissiyası tərəfindən qəbul edilib. Onların sayəsində ukraynalı qaçqınlar Aİ ölkələrində heç bir əlavə sənəd olmadan pasport əsasında qala, həmçinin mənzil və təhsil, səhiyyə və əmək bazarına çıxış əldə edə bilərlər.

Əvvəlki illərdə Avropa Komissiyası bu müddəaları hər il uzadırdı. Onlar Ukraynada münaqişə bitdikdən dərhal sonra ləğv edilməlidir.