Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna münaqişəsindən sonra Krımın Rusiya ərazisi kimi tanınmasına qarşı çıxır.
NOCOMMENT.az RİA Novosti- yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Qiyom Mersier bildirib.
“ Ukraynanın suverenliyinə gəlincə, Aİ üçün Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək əsasdır”, o, jurnalistlərin ABŞ-ın yarımadanın Rusiya ərazisi kimi tanınması təklifini şərh etmək xahişinə cavab verib.
Bundan əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens Ukraynadakı mövcud təmas xətti boyunca münaqişənin dondurulmasına çağırıb. Eyni zamanda rəsmi qeyd edib ki, həm Rusiya, həm də Ukrayna çox güman ki, hazırda nəzarətində olan bəzi ərazilərdən imtina etmək məcburiyyətində qalacaq.
Öz növbəsində, Federasiya Şurasının senatoru Andrey Klimov Lenta.ru ilə söhbətində bildirdi ki, Rusiya Konstitusiyası artıq ölkənin bir hissəsi olan ərazilərin özgəninkiləşdirilməsini nəzərdə tutmur.