Avropa Komissiyası rəsmi olaraq “Şimal axını”na qarşı sanksiyalar tətbiq etməyi təklif edibbackend

Avropa Komissiyası rəsmi olaraq “Şimal axını”na qarşı sanksiyalar tətbiq etməyi təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “Şimal axını” və “Şimal axını – 2” qaz kəmərlərinə qarşı sanksiyaların tətbiqini rəsmi şəkildə təklif edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

“Avropa Komissiyası ilk dəfə olaraq ‘Şimal axını’ və ‘Şimal axını – 2’ qaz kəmərlərinə qarşı sanksiyaların tətbiqini təklif edir,” — deyə fon der Lyayen Brüsseldə keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, bu sanksiyalar Avropa şirkətlərinin həmin boru kəmərləri və onların operatoru ilə istənilən formada əməkdaşlığını qadağan edəcək.